Robert Prosineçki “Qəbələ”nin oyununa baxacaq
“Qəbələ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk görüşünü bu gün PAOK-a, “Qarabağ” isə səfərdə “Tottenhem”ə qarşı keçirəcək. Bakıda baş tutacaq “Qəbələ”nin görüşünü Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də tribunadan izləyəcək.

Onunla yanaşı, köməkçiləri də bu matçı seyr edəcəklər. Yalnız köməkçilərindən biri - Qordan Tsipriç “Qarabağ”ın Londonda “Tottenhem”lə qarşılaşmasına baxacaq.

Qeyd edək ki, “Qəbələ” – PAOK matçı saat 22:00-da, “Tottenhem” – “Qarabağ” oyunu isə 00:05-də start götürəcək.

Xəbər 655 dəfə oxundu.