Anatoli Demyanenko: “İnter” çox artırıb
Ukraynanın “Volın” klubunun baş məşqçisi Anatoli Demyanenko “İnter”ə qarşı keçirdikləri yoxlama oyunundan danışıb. İdman.com.az saytının məlumatına görə, mütəxəssis 0:0 hesabı ilə başa çatan görüşlə bağlı bunları deyib:

“Döyüşkən, amma bərabər səviyyəli oyun alındı. Çox yaxşı rəqibimiz var idi. Mən “İnter”ə qarşı əvvəllər də oynamışdım. Lakin onlar Azərbaycan çempionatında qarşılaşdığım dövrlə müqayisədə çox artırıblar. İndiki “İnter” daha yaxşı oynayır”.

Xəbər 873 dəfə oxundu.