Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Bolqarıstanda keçirilmiş beynəlxalq şahmat turnirində yüksək nəticələr əldə ediblər
Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Bolqarıstanın Burqas şəhərində keçirilmiş Kesarovski-Stançev Memorial 14-cü Beynəlxalq şahmat turnirində yüksək nəticələr əldə ediblər.

İsveçrə sistemi ilə keçirilmiş yarışda 19 ölkədən 241 şahmatçı 3 qrup üzrə mübarizə aparıb.

Məktəbin şahmatçılarından Rəvan Əliyev, Fatimə Məmmədova, Fərid Aslanov, Ləman Məmmədova müxtəlif qruplar üzrə öz yaşıdları arasında birinci yeri, Fikrət Mustafazadə ikinci yeri, Nihad Mustafayev, Emin Xəlilov üçüncü yeri tutublar.


Xəbər 739 dəfə oxundu.