"Tottenhem"in rəsmi saytı "Qarabağ"ın 5 futbolçusunu fərqləndirdi
Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində ölkəmizi təmsil edən "Qarabağ" səfərdə "Tottenhem"in qonağı olacaq.

London klubunun rəsmi saytı "Qarabağ"ın heyətində 5 futbolçunu fərqləndirib. Bunlar İbrahim Sehiç, Reynaldo, Riçard Almeyda, Rəşad Sadıqov və Migel Markos Madeyradır.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Xəbər 730 dəfə oxundu.