"Qəbələ" PAOK-a qarşı - YENİLƏNİR!
Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçiriləcək.

Ölkəmizi ilk dəfə sözügedən turnirdə təmsil edən “Qəbələ”də ilk oyununa çıxacaq.


Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın PAOK klubunu qəbul edəcək.


“Qəbələ”nin Yunanıstan klubu ilə oyun təcrübəsi var. “Pley-off”da “Panatinaikos”u mübarizədən kənarlaşdıran təmsilçimiz PAOK-a da gücünü göstərməyə çalışacaq.

Qrup mərhələsinə qədər “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdıran “Qəbələ” uğurlu seriyanı davam etdirməlidir.

17 sentyabr
Avropa Liqasının qrup mərhələsi, I tur

22:00. “Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan)
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)
Bakı. 8-ci kilometr qəsəbə stadionu

Xəbər 664 dəfə oxundu.