“Tottenham”ın baş məşqçisi: “Qarabağ” bizim üçün güclü rəqibdir”
“Qarabağ” bizim üçün güclü rəqibdir.

Bu sözləri “Tottenham” klubunun baş məşqçisi Maurisio Pokettinon futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” və İngiltərənin “Tottenhem” klubu matçından əvvəlki mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, “Qarabağ” özünü “Seltik” komandası ilə qarşılaşmasından artıq isbat edibdir və bizim üçün güclü rəqib sayılır. Biz komandaya böyük hörmətlə yanaşırıq. Futbolda hər bir oyun böyük əhəmiyyət kəsb edir. “Qarabağ” kimi komandanın formalaşmasını yüksək qiymətləndirir və hər iki komandaya uğurlar arzulayıram.

AZƏRTAC

Xəbər 785 dəfə oxundu.