Belə kiçik ölkədən... - "Tottenhem"in baş məşqçisi
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edəcək "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino oyunöncəsi mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb.

Argentinalı çalışdırıcı "Qarabağ"ın çətin rəqib olduğunu deyib:

“Bizim üçün bütün oyunlar vacibdi. "Qarabağ"la matç da mühüm oyunlarımızdan biridi. Çətin oyun olacaq.

“Qarabağ” güclü komandadı. Belə kiçik ölkədən bu cür komandanın olmasına yaxşı mənada təəcüblənirəm. "Qarabağ"ın çox yaxşı futbolçuları var. Rəqib hücuma müdafiədən başlayır. Onlara hörmət etməliyik. Bizim üçün asan oyun olmayacaq”.

Xəbər 705 dəfə oxundu.