Üçüncü Avrokubok turniri müzakirəyə çıxarıldı
UEFA-nın Maltda keçiriləcək İcraiyyə Komitəsinin yığıncağı ərəfəsində təşkilata daxil olan 54 federasiya nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

İclasda UEFA-nın 3-cü Avrokubok ideyası müzakirə olunub. UEFA bu turnirdə Çempionlar Liqası və Avropa Liqasının ilkin mərhələsində mübarizəni dayandıran klubların iştirakını planlaşdırır.

Turnirə ən tezi 2018-ci ildə, avrokuboklarla bağlı hazırkı teleyayım müqaviləsi başa çatandan sonra start veriləcək. Məsələyə Ukrayna Futbol Federasiyasının içraçı direktoru Vladimir Qeninson şərh verib:

"Bu turnir heç vaxt avrokubokların final mərhələsinə düşə bilməyən komandalara böyük şans verəcək. Klublar avrokubok mövsümünü avqustda bitirməyəcək, sentyabrda, oktyabrda da oynayacaqlar".

Turnirin digər avrokubok turnirləri kimi, mövsümün sonuna qədər davam edəcəyi planlaşdırılır.

Xəbər 663 dəfə oxundu.