«Bakı»nın voleybolçuları «Qalatasaray» və «Beşikdaş»ı darmadağın etdi
Qadın voleybolçular arasında keçirilmiş Azərbaycan Super Liqasının VII turunda istirahət edən «Bakı» klubu, bundan yararlanaraq İstanbul şəhərinə təlim-məşq toplanışına yola düşüb.
İdman.com.az-ın məlumatına görə, «zolaqlılar» yaranmış fasilədən lazımınca faydalanıblar.

Belə ki, baş məşqçi Angelo Verçesi Türkiyənin mədəni paytaxtında 2 yerli klubla yoxlama oyunu keçirib. Bu barədə xəbəri saytımıza komandanın aparıcı voleybolçusu Natəvan Afşar deyib. Milli komandamızın toppaylayacı oyunçusu bildirib ki, dünən onlar «Qalatasaray»ı 3:0 hesabı ilə məğlub ediblər. Bu gün isə, eyni aqibəti «Beşikdaş»a yaşadıblar.
Qeyd edək ki, komandamız sabah Vətənə dönür.

KAMRAN

Xəbər 995 dəfə oxundu.