Sabiq "Qalatasaray"lının yeni komandası məlum oldu
Məşhur ispaniyalı futbolçu Albert Rieranın yeni klubu rəsmən bəlli olub.

Son klubu İspaniyanın "Malyorka” klubu olan Riera karyerasına Sloveniya çempionatında davam deyəcək. Belə ki, 33 yaşlı futbolçu Sloveniyanın "Zavcr” klubu ilə münasibətlərini rəsmiləşdirib. Müqavilənin 2 illik nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, Riera karyerası ərzində "Mançester Siti”, "Liverpul” və "Qalatasaray” kimi məşhur klublarda oynayıb.

Xəbər 932 dəfə oxundu.