"Xəzər Lənkəran" hazırlıqlara başladı
Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə “Neftçi” nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığına start verib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Lənkərandakı bazasında dünəndən etibarən bir araya gələrək məşqlərini davam etdirir. Heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkaranın "Neftçi"yə qarşı matçda meydana çıxması sual altındadır. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da, meydana çıxmağa tam hazır deyil.

Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək “Xəzər Lənkəran” sonra matç üçün paytaxta yola düşəcək

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması sentyabrın 20-i saat 21.00-da başlayacaq.

Xəbər 717 dəfə oxundu.