"Qarabağ" bu gün Londonda məşqə çıxacaq
“Qarabağ” artıq İngiltərədədir. Avropa Liqasının qrup mərhələsində "Tottenhem"lə qarşılaşacaq komandamız ötən gün 18:30-da Bakını tərk etmişdi. Bakı - London reysi ilə hərəkət edən "atlılar" 5 saatlıq uçuşdan sonra London şəhərinə çatıb. Komandamız axşam yeməyindən sonra istirahətə çəkilib. Bu gün isə "Qarabağ" oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq.

Xəbər 842 dəfə oxundu.