“Çatışmazlıqlar hələ də var və olacaq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rumıniyanın “Vasluy” klubu ilə yoxlama matçını şərh edib. İdman.com.az saytının məlumatına görə, azerisport.az-a açıqlamasında o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:

“Oyun həqiqətən yaxşı alındı. Xüsusilə ikinci hissə çox yüksək tempdə keçdi. Biz komandaların ifasında meydanda çox şey gördük. Hər gün plan üzrə hazırlıqlarımızı davam etdiririk. Çatışmazlıqlar hələ də var və olacaq.
Çünki futbolçuların hazırlıq templəri də fərqlidir. Bəziləri hazırlıqlara tez başlamışdı, bəziləri gec. Baxışda olan futbolçulara gəlincə, onların ilk baxışdan mənim xoşuma gəldiyini deyə bilmərəm. Ola bilər ki, yenə şans verək, yaxud da geri qaytaraq”.

Xəbər 927 dəfə oxundu.