Roman Qriqorçuk: Yeni futbolçularımızın sabah meydana çıxmaq şansları var
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u ilə oyun öncəsi fikirlərini açıqlayıb.Ukraynalı mütəxəssis bu gün təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- İndiyə qədər Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparırdıq. İndi isə mümkün qədər çox xal toplamaq, qrupdan çıxmaq üçün çalışacağıq. Bu oyunun da vacibliyi əvvəlkilərdən fərqlənmir. Uğur qazanmaq üçün oynayacağıq.

- Heyətdə itki var?
- Oyunu yalnız Rafael Santos buracaq. Qalanların hamısı hazırdır.

- Yeni transferlərin meydana çıxması mümkündür?
- Onların tam hazır olduqlarını deməzdim. Amma meydana çıxmaq şansları var.

- Təsnifat mərhələsində uğur qazanmaq üçün iki oyunun nəticəsinə baxılırdı. Amma qrup mərhələsində hər oyunun ayrıca önəmi var...
- İndi biz daha yaxşı hazırlaşmışıq. Meydanda nəyi necə edəcəyimizi daha yaxşı bilirik. Amma istənilən halda bizə çətin olacaq. Çünki çox güclü komandalara qarşı oynayacağıq.

Xəbər 693 dəfə oxundu.