“Fənər”in baş məşqçisi mətbuat konfransına gecikdi - Qapını tapa bilmirdim
"Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyra Avroliqanın "Molde"ylə matçından əvvəl keçirilən mətbuat konfransına gecikib.

Portuqaliyalı məşqçi jurnalistlərlə görüşə gecikməsinin səbəbi kimi stadionun - "Şükrü Saracoğlu"nun (Ülkər stadium) giriş qapısını tapa bilmədiyini göstərib:

"Hamınızdan üzr istəyirəm. Mətbuat konfransına gec gəlməməli idim, bunu bilirəm. Öz evimdən ilk dəfə idi stadiona gəlirdim. Yolda çaşıb qaldım. Üç dəfə stadiona gəldim, amma giriş qapısını tapa bilmədim.

İstifadə elədiyim GPS də mənə düzgün yolu göstərmədi. Mənim GPS-imi bir qız qurmuşdu, düzgün qurmayıb. Bu işi düzgün etsəydi, heç bir problem yaranmazdı".

Xəbər 672 dəfə oxundu.