Tounkara "Neftçi"yə qarşı oynayacaq?
Premyer liqanın V turu çərçivəsində səfərdə “Neftçi” nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığına start verib.

"Ağ-yaşıllar" Lənkərandakı bazasında dünəndən etibarən bir araya gələrək məşqlərini davam etdirir. Heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkaranın “ Böyük oyun”da meydana çıxması sual altındadır. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da meydana çıxmağa tam hazır deyil. Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək “Xəzər Lənkəran” sonra matç üçün paytaxta yola düşəcək. Xatırladaq ki, qarşıdakı “ Böyük oyun” sentyabr ayının 20-də saat 21.00-da “ Bakcell Arena” da baş tutacaq.

Xəbər 657 dəfə oxundu.