İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək
"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya yığması paytaxtımıza kubokla gələcək.

İtaliya yığması 2006-cı ildə Almaniyada qazandığı dünya kubokunu Azərbaycana gətirəcək. Azarkeşlər oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.

Xəbər 656 dəfə oxundu.