Abidal qəti qərar verdi - UEFA-nın kursuna yazıldı
“Barselona”nın keçmiş futbolçusu Erik Abidal gələcək fəaliyyəti ilə bağlı qəti qərar verib.

Abidal məşqçi kimi fəaliyyət göstərməyi düşünür. Bunun üçün də o, UEFA-nın məşqçilər üçün təşkil etdiyi kursa yazılıb. Abidal bildirib ki, baş məşqçi işləmək niyyətində deyil:

“Hazırda mənim əsas hədəfim assistent kimi fəaliyyət göstərməkdi. Oynadığm klublarda komanda yoldaşlarımla həmişə yaxşı münasibətlərim olub.

Hazırda özümü baş məşqçi kimi görmürəm. Amma onun köməkçisi kimi özümü komfort şəraitdə hiss edərəm. Bu şəraitdə də məşqçilik işinə adaptasiya olaram”.

Bir müddət əvvəl İspaniya mətbuatı iddia etmişdi ki, Abidal “Barselona”nın akademiyasında işləyə bilər.

Xəbər 665 dəfə oxundu.