Buffon dünya tarixinin ən yaxşı qapıçısıdı - Açıqlama
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Mançester Siti”ni 2:1 hesabıyla udduqları oyundan sonra komandasının qapıçısı Canluici Buffonu o ki var tərifləyib.

Alleqri Buffonu dünya tarixinin ən yaxşı qapıçısı adlandırıb:

“Buffon “Mançester Siti”ylə görüşdə bir neçə dəfə möcüzəli qurtarışlar etdi. Xüsusilə də, biz hesabda geri düşəndən sonra.

Buffon başqalarına bənzəmir. O, dünya tarixinin ən yaxşı qapıçısıdı. Uğursuzluq qətiyyən ona görə bir şey deyil”.

Xəbər 630 dəfə oxundu.