"Barselona" "Roma"ya, "Bavariya" "Olimpiakos"a qarşı (YENİLƏNİR)
Çempionlar Liqasında qrup mərhələsinin oyunları davam edir.

Bu gün daha 8 oyun keçiriləcək.

E qrupunda "Barselona" "Roma"nın qonağı olacaq. Qrupun digər oyununda "Bayer" (Leverkuzen) öz meydanında BATE-ni qəbul edəcək

F qrupunda "Arsenal" Zaqreb "Dinamo"sunun qonağı olacaq. "Bavariya" isə Yunanıstanda "Olimpiakos"la qarşılaşacaq.

G qrupunda "Çelsi" "Makkabi"ni, "Dinamo" (Kiyev) isə "Portu"nu qəbul edəcək.

H qrupunda "Zenit" səfərdə "Valensiya"nın qonağı olacaq. Qrupun digər oyununda Belçikanın "Genk" klubu "Lion"u qəbul edəcək.

Xəbər 644 dəfə oxundu.