“Tottenhem”in baş məşqçisi narahat deyil - “O, qollar vuracaq”
Sabah Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la üz-üzə gələcək İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino maraqlı açıqlamalar verib.

İngiltərə Premyer Liqasının son turunda “Sanderlend” üzərində 1:0 hesablı qələbə qazanan London klubunun çalışdırıcısı komandanın hücumçusu Harri Keyn və argentinalı vinger Erik Lamela haqqında danışıb.

Poçettino bildirib ki, Keynin hələ də qol vurmamasından narahat olmadığını, ondan Avropa Liqasında qol gözlədiyini bildirib: “Harri Keyn yaxşı hücumçudur. Ondan Avropa Liqasında qol gözləyirəm. Ümid edirəm ki, Keyn qol vuracaq və davamını gətirəcək. Ona vaxt lazımdır. Bundan narahat deyiləm. O, qollar vuracaq”.

London klubunun çalışdırıcısı Erik Lamelanı Messi ilə müqayisə edib: “Fikrimcə, Erik Lamela argentinanın “yeni Messi”si olacaq. Ondan bu potensial var. Lamela bizim üçün çox vacib futbolçudur. Bu mövsüm onun üçün çox vacib olacaq”.

Xəbər 662 dəfə oxundu.