Debütant 2 futbolçu ilə güclənir
“Rəvan” 2 futbolçunun keçidini həll edib. İdman.com.az saytı xəbər verir ki, bunlardan biri Nemanya Vidakoviçdir. “Muğan” və AzAL-la matçlarda serb futbolçunu sınayan Vladislav Qədirov, onun çıxışını bəyənib. Bundan sonra rəhbərlik də Vidakoviçlə anlaşıb.

Adı çəkilən forvard ölkəmizə Bosniya və Hersoqovinanın “Borats” klubundan gəlib. O, ötən mövsüm bu komanda ilə ölkə çempionu olub. Serb hücumçu əvvəllər Serbiyanın “Obiliç”, Rumıniyanın “Panduri”, “CSM Ramniku”, “Qaz Metan” və Slovakiyanın “Dunayska” klublarında futbol oynayıb.

“Rəvan” həmçinin Amil Ağacanovun da keçidini həll edib. AzAL-ın qapıçısı debütanta keçməyə razılıq verib.

Xəbər 985 dəfə oxundu.