Dəhşətli zədənin baiskarı üzr istədi
Çempionlar Liqasında keçirilən PSV - "Mançester Yunayted" oyununda (2:1) dəhşətli zədə qeydə alınıb.

"Qırmızı şeytanlar"ın futbolçusu Luk Şounun ayağı iki yerdən qırılıb. Onu PSV-nin futbolçusu Ektor Moreno zədələyib. Olay qarşılaşmanın ilk hissəsində baş verib.

Qarşılaşmadan sonra Moreno baş vermiş hadisəyə görə Şoudan və onun ailəsindən üzr istəyib:

"Bunun nə olduğunu anlayıram. Baş vermiş hadisəyə görə çox təəssüflənirəm. Şouya və ailəsinə bu məqamda güclü olmağı arzulayıram".

Xəbər 615 dəfə oxundu.