“Qızıl top” nə vaxt təqdim olunacaq?
“Qızıl top” mükafatının təqdimat mərasiminin nə vaxt keçiriləcəyiylə bağlı tarix açıqlanıb.

FİFA bu mərasimi 2016-cı ilin 11 yanvarına planlaşdırıb. Bu barədə məlumatı FİFA-nın rəsmi saytı yayıb.

Mərasimdə dünyanın ən güclü futbolçusunun adına aydınlıq gələcək. FİFA bununla bağlı səsvermə keçirəcək. Namizəd futbolçuların adı isə yaxın zamanlarda açıqlanacaq.

Sonuncu dəfə bu mükafatı Kriştiano Ronaldo qazanıb.

Mütəxəssislər bu il mükafatın Lionel Messiyə çatacağını proqnozlaşdırırlar.

Xəbər 646 dəfə oxundu.