Xavi Joze Mourinyo haqqında danışıb
“Barselona”nın keçmiş üzvü, hazırda “Əl-Sədd” klubunda çıxış edən Xavi Joze Mourinyo haqqında danışıb.

Xavi Mourinyonun “Barselona”da işləyərkən ona kömək etməsini vurğulayıb. O, bildirib ki, portuqaliyalı mütəxəssisin fəlsəfəsini bəyənməsə də, ona hörmət edir:

“Mən onun fəlsəfəsiylə razılaşmıram. Onun fəlsəfəsinin qayəsində “nəyin bahasına olursa-olsun, qələbə qazanmaq” anlayışı durur. Ancaq ona çox böyük hörmət bəsləyirəm.

O, bizim klubda işlədiyi üç il müddətində mənə kömək edib. Onda biz eyni dildə danışırdıq, eyni əqidəyə qulluq edirdik. Mourinyo “Barsa”nın əvəzedici komandasına məşq keçir, klubun fəlsəfəsini, konsepsiyasını futbolçulara aşılayrıdı.

Ancaq indi o, başqa yoldadı. Fəlsəfəsi də başqadı. Onun fəlsəfəsi bizim üsluba uyğun gəlmir. Bununla belə, ona hörmət bəsləyirəm”.

Xəbər 636 dəfə oxundu.