Təriflə tənqidi mərkəzləşdirmirik - Simeone
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında "Qalatasaray" la oyunda qazandıqları qələbəni (2:0) şərh edib.

Simeone komandasından razı qaldığını bildirib. O, xüsusən də ilk 35 dəqiqədə yaxşı oynadıqlarını qeyd edib:

"Komandam yaxşı oynadı. Vetto, Qrizmann, Martineslə rəqibin müdafiəsinə xeyli çətinliklər yaratdıq. Xüsusən də ilk 35 dəqiqə bizim üçün uğurlu alındı.

Biz heç vaxt təriflə tənqidi mərkəzləşdirməmişik. Yalnız "Atletiko"nun qələbəsinə köklənmişik. Qalan amilləri isə oyunun bir hissəsi kimi qəbul edirik".

Xəbər 592 dəfə oxundu.