“Beynəlmiləlçilər” bayraqdarın sabiq baş məşqçisinə qarşı
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" klubu, bu gün saat 19:00-da növbəti sınaq matçına çıxacaq. İdman.com.az saytının məlumatına görə, Kaxaber Tsxadadzenin komandasının rəqibi Ukraynanın “Volın” komandası olacaq. Nəzərinizə çatdıraq ki, bu komandanı “Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko çalışdırır.

“Bankçılar” Türkiyədəki ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı - 1:3. Albaniyanın “Skenderbeu” klubu ilə görüş sülhlə başa çatmışdı (0:0). Türkiyənin aşağı divizion təmsilçisi “Konya Şəkərspor” ilə matçda isə “beynəlmiləlçilər” 3:2 hesablı qələbə qazanmışdı.

Xəbər 1029 dəfə oxundu.