Ronaldo dünyanın ən güclü futbolçusudu”
“Ronaldo haqda çox müzakirələr apardığınızı anlamıram. O, bizim komandanın ən yaxşı futbolçusudu”. Bu sözləri Madrid “Real”ının baş məşqçisi Rafael Benites deyib.

Çempionlar Liqasının cari mövsümündə ilk görüşünü dünən “Şaxtyor” a qarşı keçirən “kral klubu” 4:0 hesablı qələbə qazanıb. Madridlilərin heyətində Kriştianu Ronaldo hey-trik edərək, bombardirlər cədvəlində dərhal liderliyə yüksəlib.

Ronaldo ilə bağlı danışan Benites onu tərifləyib: “Mən Kriştianunun necə səviyyəli oyunçu olduğunu bilirəm. O bunu hər oyunda və hər məşqdə göstərir. Ronaldo dünyanın ən güclü futbolçusudu. Daha məni belə sual verməyin. Mən daha çox Ronaldonun etdiklərinə baxıram. O, komandamıza çox faydalı futbolçudu”.

Xəbər 647 dəfə oxundu.