Dünya Kuboku: Rəcəbovla Məmmədyarov mərhələ adlaya biləcəklərmi? - YENİLƏNİR
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/32 final mərhələsinin tay-brek matçları baş tutacaq. Həlledici görüşlərdə Azərbaycan millisinin 2 qrossmeysteri də iştirak edəcək.

Belə ki, Teymur Rəcəbov İlya Smirinlə, Şəhriyar Məmmədyarov Yifan Hou ilə münasibətinə aydınlıq gətirəcək. Sürətli şahmatda daha güclü olan idmançı 1/16 final mərhələsinə yüksələcək.

Dünya Kuboku
1/32 final, tay-brek görüşləri

Teymur Rəcəbov (Azərbaycan) – İlya Smirin (İsrail)
İlk iki oyun: 1:1

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yifan Hou (Çin)
İlk iki oyun: 1:1

Qeyd edək ki, Azərbaycan şahmatçılarından Qədir Hüseynov adını 1/16 final mərhələsinə yazdırıb. Ondan fərqli, Eltac Səfərli və Vasif Durarbəyli ilk, Rauf Məmmədov ikinci mərhələdə mübarizəni dayandırıb.

Xəbər 613 dəfə oxundu.