"Xəzər Lənkəran" "Neftçi" üçün 1 itki ilə başladı
Premyer Liqanın V turu çərçivəsində sentyabrın 20-də “Neftçi” ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlara start verib.

Cənub təmsilçisi sentyabrın 15-də günün birinci yarısından başlayaraq Lənkəranda bir araya gəlib. Saat 18:00-da komanda stadionun ehtiyat meydançasında məşqə çıxıb. Hazırlıq prossesində yeni legionerlər Seydi Limmam və Pavel Kapsa da iştirak ediblər. Əzələsini darataraq zədələnən Dieqo Souza isə hazırda Bakıda müalicəsini davam etdirir. (12cioyuncu.info)

Xəbər 623 dəfə oxundu.