Vitali Borisov: Slovakiyaya səfərdə də qalib gəlmək istəyirik
Futzal üzrə Azərbaycan yığmasının liderlərindən olan Vitali Borisov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirilmiş ilk oyunla bağlı fikirlərini açıqlayıb.O, Bakıda 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

"Ağır oyun oldu. Slovakiya çox güclü komandadır. İkinci hissədə daha yaxşı oynadıq və qələbə qazandıq. 3:1 cavab matçı öncəsi yaxşı nəticədir. Cavab matçında da qələbə qazanmaq istəyirik. Biz çox qol vəziyyəti yaradırıq, sadəcə, az vururuq. Bu, bizim əsas problemimizdir. Ardıcıl dördüncü dəfə AÇ-nin final mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. Azarkeşlər də dəstəyə görə sağ olsunlar. Onların qarşısında uduza bilməzdik". (СВС)

Xəbər 657 dəfə oxundu.