Rizvan Fərzəliyev: Cavab matçında uduzsaq belə, AÇ-yə vəsiqəni təmin etməliyik
Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirilmiş ilk oyunla bağlı fikirlərini açıqlayıb. O, Bakıda 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

"Slovakiya bizimlə oyuna yaxşı hazırlaşmışdı. Biz də rəqibi analiz etmişdik. Onların zəif cəhətlərini bilirdik. Hiss edirdik ki, bu komandanı məğlub edə bilərik. Şadam ki, qələbə qazandıq. Cavab matçında da qələbə qazanmağa çalışacağıq. Hətta səfərdə uduzsaq belə, iki matçın nəticəsinə görə növbəti mərhələyə vəsiqəni təmin etməliyik. Oyunçularda bir qədər həyəcan var idi. Çünki doğma tribunalar önündə oynamaq bir qədər asan deyil. Amma fanatlarımızı qələbə ilə sevindirmək çox xoşdur". (CBC)

Xəbər 789 dəfə oxundu.