"Portu"da yeni müqavilə
"Portu" futbolçusu Hektor Herrera ilə müqaviləni yeniləyib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi ilə iki illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, H.Herrera 2013-cü ildən "Portu"da çıxış edir.

Xəbər 640 dəfə oxundu.