Qriqorçukun mətbuat konfransının vaxtı açıqlandı
Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qəbələ” – PAOK (Yunanıstan) matçından əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlanıb.

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq.

8-ci kilometr qəsəbə stadionunda baş tutacaq “Qəbələ” - PAOK matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah saat 19:15-də arenanın Media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:00-da isə PAOK-un çalışdırıcısı İqor Tudor media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 17-də saat 22:00-da başlayacaq.

Xəbər 668 dəfə oxundu.