«İkinci nömrə»li cüdoçularımızdan uğursuz start
Bu gün Gürcüstan paytaxtında cüdoçular arasında dünya kuboku start götürüb. İdman.com.az saytının məlumatına görə, London olimpiadasına lisenziya xalı verən yarışda məşqçilər korpusu əsasən «ikinci nömrələr»ə şans verib. Əsas heyət isə, Parisdə keçiriləcək turnirdə mübarizə aparacaq.

Tiflisdəki rəqabətin ilk günü yığma komandamızın üzvləri üçün uğurlu olmayıb. Mücadiləyə qoşulan Vüqar Şirinli, Orxan Səfərov, Əli Rzayev, Rasim Əsədullayev (hamısı - 60 kq), Nicat Şixalizadə, Mahir Cəfərli, Samir Xankişiyev (hər üçü - 66 kq), Elvin Əhmədli, Rüstəm Orucov, Fuad Həbibzadə, Ramil Qasımov (73 kq) məğlubiyyətlə üzləşiblər. Bu iştirakçılardan yalnız Nicatla Rüstəm ilk qarşılaşmanı qələbə ilə bitiriblər. Digər güdoçularımız elə startda uduzublar.

Xəbər 1128 dəfə oxundu.