"Xəzər Lənkəran" iki legionerini icarəyə verir
"Xəzər Lənkəran"a qoyulmuş məlum transfer qadağasına görə 3 futbolçu - Ruslan Abışov, Rəşad Eyyubov və Vüqar Nadirovun komandadan ayrıldığı barədə məlumat vermişdik. Komandaya qoşulmuş yeni legionerlər isə hələlik CAS-ın "Xəzər Lənkəran" haqda qərarını gözləyirlər.

CAS cənub klubunun xeyrinə qərar verməsə, iki yeni transfer Pavel Kapsa və Liman Seydi başqa Premyer Liqa təmsilçilərinə icarə əsasında transfer olunacaq.

Xəbər 698 dəfə oxundu.