Neft, qaz və kimya sənayesi işçilərinin XXIII spartakiadasında müxtəlif idman növləri üzrə yarışlar başa çatıb
“Neftçi İdman Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII spartakiadasında mini-futbol, voleybol, nərd, güllə atıcılığı, daşqaldırma, stolüstü tennis, qol güləşi və stritbol növləri üzrə yarışlar başa çatıb.

Mini-futbol yarışlarında “Suraxanı Oyl” Əməliyyat Şirkəti, voleybolda kişilər arasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, qadınların yarışında isə Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ), nərd növündə “Azəriqaz” İstehsalat Birliyi, qol güləşi yarışında Heydər Əliyev adına NEZ, güllə atıcılığında kişilər arasında Neft Kəmərləri İdarəsi, qadınlarda Heydər Əliyev adına NEZ, stolüstü tennis yarışında “Neft Daşları” NQÇİ, daşqaldırma və stritbol (kişilər və qadınlar) növlərinin hər birində isə Heydər Əliyev adına NEZ-in komandası qalib adını qazanıb.

Adıçəkilən bütün idman növləri üzrə qaliblər klub tərəfindən mükafatlandırılıb.

Xəbər 807 dəfə oxundu.