Azərbaycanın iki şahmatçısı Dünya Kuboku yarışlarının tay-breyk oyunlarında iştirak edəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan qrossmeysteri Qədir Hüseynov Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yarışlarının 1/16 final mərhələsinə yüksəlib. O, 1/32 final mərhələsinin birinci partiyasında qara fiqurlarla çex D.Navaroya qalib gəlib.

Təəssüf ki, Rauf Məmmədov komanda yoldaşının uğurunu təkrarlaya bilməyib. Birinci görüşdə Fabiano Karuanaya uduzan R.Məmmədov ikinci görüşdə də özünü doğrulda bilməyib.

Azərbaycan yığmasının liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov müvafiq olaraq Çin şahmatçısı Xou İfan və İsrail qrossmeysteri İlya Smirin ilə heç-heçə oynayıblar.

Sabah tay-breyk oyunları keçiriləcək. Ş.Məmmədyarov və T.Rəcəbov tay-breyk oyunlarında iştirak edəcəklər.

Xəbər 660 dəfə oxundu.