​Fatih Terimi təhqir edən həkim cəzalandırılıb
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terimi təhqir edən həkim cəzaya məruz qalıb. Sosial şəbəkədə yazılan təhqir ürək və damar cərrahı, həkim Yüksel Beşirə təxminən 700 dollara başa gəlib.

Məsələ ilə bağlı keçirilmiş məhkəmədə baş məşqçini vəkil Reza Epözdemir təmsil edib. Həkim məhkəməyə qatılmasa da, yazılı ifadə verib. O, "bir az ağır" sözlər işlətdiyini qəbul edib və Terimdən üzr istəyib.

Qeyd edək ki, hadisə 2013-cü ildə Fatih Terim "Qalatasaray"da işləyərkən baş verib.

"Report"

Xəbər 678 dəfə oxundu.