"Qarabağ" London yolunda
Avropa Liqasının qrup mərhələsində İngiltərə "Tottenhem"inin qonağı olacaq "Qarabağ" Londona yola düşür.

Ağdam təmsilçisi bu gün Bakı vaxtilə saat 18:00-da yola düşəcək.

Uçuşun təxminən 5 saat yarım olması gözlənilir.

Qurban Qurbanovun komandası sabah Bakı vaxtilə 23:00-da oyunun keçiriləcəyi "White Hart Lane" stadionunda məşqə çıxacaq. Buna qədər isə baş məşqçi və bir futbolçu media mənsublarının suallarını cavablandıracaq.

Qeyd edək ki, sentyabr 17-də keçiriləcək "Tottenham" - "Qarabağ" oyunu saat 00:05-də start götürəcək.

Xəbər 678 dəfə oxundu.