Patrik Hikki: “Bakı-2015” ilk Avropa Oyunlarının göstəriciləri sübut edir ki, yarışlar böyük maraqla izlənilib
“Bakı-2015” ilk Avropa Oyunlarının göstəriciləri sübut edir ki, yarışlar böyük maraqla izlənilib.

Bu sözləri Monteneqroda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Duşan Simonoviç ilə görüşündə deyib.

P.Hikki bildirib: “Sevinc hissi ilə deyə bilərəm ki, dünyada 1,7 milyard insan bu yarışları izləyib. Maraqlı məqam budur ki, ən çox izlənilən yarışlar Olimpiya Oyunlarının rəsmi proqramına daxil olmayan karate və basketbol üzrə 3x3 yarışları olub. “Bakı-2015” Avropa Oyunları kimi tədbirlər qeyri-olimpiya idman növlərinin Olimpiya ailəsinə daha da yaxın olmasına kömək edir”.

Növbəti Avropa Oyunlarının keçiriləcəyi ölkənin hələ bəlli olmadığını deyən P.Hikki vurğulayıb ki, Bakıdan sonra bir çox şəhərlər bu yarışlara ev sahibliyi etməyə maraq göstərirlər. Bu da Bakının ilk Avropa Oyunlarına yüksək səviyyədə keçirməsindən xəbər verir.

AZƏRTAC

Xəbər 2456 dəfə oxundu.