Abramoviçdən Mourinyoya dəstək
İngiltərə Premyer Liqasında 5 turdan sonra 4 xalla 17-ci pillədə qərarlaşan "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun komandadan gedəcəyi gündəmdən düşmək bilmir.

Klubun sahibi Roman Abramoviç uğursuz nəticələrə baxmayaraq Mourinyoya öz dəstəyini bildirib.

Qeyd edək ki, İngiltərə mətbuatında Mourinyonun əvəzinə Yurgen Kloppun gətiriləcəyi bildirilir.

Xəbər 674 dəfə oxundu.