Türk şirkəti "Barselona"ya sponsorluq edəcək
Türk şirkəti "Barselona"ya sponsorluq edəcək. Avtomobil təkərlərinin istehsalı ilə məşğul olan "Lassa" şirkəti Kataloniya klubu ilə müqavilə imzalayıb.

Dünən keçirilən təqdimat mərasimində bildirilib ki, anlaşmanın müddəti 4 ildi. Bu müddət ərzində "Barselona"nın basketbol, həndbol, хokkey və futzal komandalarının rəsmi adı "Barselona Lassa" olacaq.

Tərəflər arasındakı müqavilənin dəyəri açıqlanmasa da, kluba yaхın mənbələrdən verilən məlumata görə, türk şirkəti "Barselona"ya 21 milyon avro ödəyəcək.

Xəbər 662 dəfə oxundu.