San-Dieqoda sörfinq üzrə dünya liqasının yarışları keçirilir
San-Dieqoda sörfinq üzrə dünya liqasının yarışları keçirilir.

Bu yarışda iştirak edən Kelli Sleyter möhtəşəm texnika nümayiş etdirib. O, fırlanaraq, dalğanın üzərindən ağlasığmaz sıçrayış edib.

Maraqlıdı ki, Kellinin bu performansı hakimlər tərəfindən yüksək qiymət almayıb. Ona 10 ballıq qiymətləndirmə ilə 4,17 bal verilib.

Hakimlərin qərəzinə, Kellinin son anda yıxılmasına baxmayaraq, azarkeşlər onun çıxışını sörfinq tarixinin ən möhtəşəm tryuklarından biri kimi qiymətləndiriblər.

Xəbər 648 dəfə oxundu.