LFL-də II turun təqvimi
Sentyabrın 13-də Lənkəranda start götürən turnirin II tur oyunlarının təqvimi məlum olub.

Lənkəran Futbol Liqası çempionatının reqlamentinə əsasən II tur oyunlarının növbəti bazar günü, sentyabrın 20-də keçirilməsi planlaşdırılıb. Ötən bazar günü baş tutan hər üç oyunun yüksək templə və maraqlı mübarizə şəraitində keçməsi onu göstərdi ki, hər yeni tur çempionatın gedişinə xüsusi rəng qatacaq. Eyni zamanda turnirə qatıla bilməyən komandaların xahişləri də nəzərə alınıb. Belə ki, yaxın günlərdə çempionatla parallel olaraq Lənkəran Futbol Liqasının kubok yarışları da təşkil olunacaq.

Qeyd edək ki, Lənkəran Futbol Liqası çempionatının oyunları Lənkəran şəhəri Şəhidlər xiyabanı yaxınlığında (Rayponun yanında) yerləşən qapalı futbol meydançasında keçirilir. (12cioyuncu.info)

20 sentyabr
18:00 “Ümrə” – “Xan bağı”
19:00 “Avrora” – “Qalayçılar”
21:00 “Mamusta” – “Xan Lənkəran”

Xəbər 651 dəfə oxundu.