"Qəbələ"nin rəqibi azərbaycanlı futbolçu ilə müqavilə bağladı
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Krasnodar" klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb.

Rusiya təmsilçisi Moskva MOİK-ində çıxış edən həmyerlimiz Elgün Uluxanovu heyətinə qatıb.

Uluxanovla 3 illik müqavilə imzalanıb. 19 yaşlı yarımmüdafiəçi hələlik əvəzedici komandada forma geyinəcək.

Xəbər 626 dəfə oxundu.