PSJ-nin ÇL hədəfi - Qazanmalıyıq
PSJ-nin baş məşqçisi Loran Blan Çempionlar Liqasının ilk turunda keçiriləcək “Malmö” ilə oyundan əvvəl komandanın qarşısına qoyulan hədəfdən danışıb.

Blan PSJ-nin qarşısına Çempionlar Liqasını qazanmaq tələbinin qoyulduğunu bildirib:

“Bütün böyük klublar kimi biz də Çempionlar Liqasını qazanmaq istəyirik. Bizim turnirdəki yolumuz bu gün başlayır. A qrupunda iki favorit var - PSJ və “Real”.

Amma biz bunu meydanda sübut etməliyik. Bu gün qarşılaşacağımız “Malmö”nün də öz ambisiyaları var. Ümid edirəm ki, bizi maraqlı qarşıdurma gözləyir. Qələbə qazanacağımıza inanıram. Bizim öz oyun planımız var”.

Xəbər 658 dəfə oxundu.