Real ən bahalı idman klubları siyahısında liderliyini itirdi
"Dallas Kovboys" Forbes dərgisinin versiyasına görə ən bahalı idman klubları reytinqinə başçılıq etməyə başlayıb. Bu siyahıda NFL təmsilçisi Madrid Realını ötüb. Forbes "Dallas Kovboys"u 4 milyard dollar dəyərləndirir. Realın qiyməti isə 3,26 milyarddır.

Forbes dərgisinin versiyasına görə dünyanın ən dəyərli 5 idman klubu aşağıdakılardır:
1. "Dallas Kovboys" (ABŞ, Amerika futbolu) – 4 milyard dollar
2. "Real" (İspaniya, futbol) – 3,26
3-4. "Nyu-İnqlend Petriots" (ABŞ, Amerika futbolu) – 3,2
3-4. "Nyu-York Yankiz" (ABŞ, beysbol) – 3,2
5. "Barselona" (İspaniya, futbol) – 3,16.

Xəbər 611 dəfə oxundu.