“Astana”nın əsas gücü nədədi?
Qazaxıstanın "Astana" klubunun baş məşqçisi Stanimir Stoylov Çempionlar Liqasında "Benfika" ilə bu gün keçiriləcək oyun barədə danışıb.

Stoylov əsas məqsədlərinin qol buraxmamaq olduğunu bildirib. O, "Benfika"nın futbolçularını cərimə meydançasına buraxmamaqla bağlı yetirmələrinə göstəriş verdiyini deyib:

"Çox çətin oyun olacaq. "Benfika" güclü və ambisiyaları olan komandadı. Əsas vəzifəmiz "Benfika"nı cərimə meydançamızın həndəvərinə buraxmamaqdı.

Bizim komandamız avrokuboklarda təcrübəyə sahib deyil. Öz məqamımızı gözləyəcək, əks-hücumlardan yararlanmağa çalışacağıq.

Əsas gücümüz intizamdadı. Müdafiədən hücuma da yaxşı keçməyi bacarırıq. Bilirik ki, "Benfika" favoritdi. Ancaq hər bir komandaya qalib gəlmək olar. Çempionlar Liqasının qrupunda çıxış etməyin özü böyük motivasiyadı".

Xəbər 795 dəfə oxundu.