"Fənərbaxça" bu xəbərlə sevindi
"Fənərbaxça" potuqaliyalı müdafiəçisi Bruno Alvesdən şad xəbər alıb.

Zədə səbəbindən 3 oyundu oynaya bilməyən Alves ötən gün komanda ilə birgə məşqlərə başlayıb.

Qeyd edək ki, "Fənərbaxça" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 17-də "Molde" ilə qarşılaşacaq. Brunonun bu matçda oynayacağı gözlənilir.

Xəbər 629 dəfə oxundu.